İctimai iaşə obyektlərində plastik butulkalarla içkilərin təqdim edilməsinin qadağan olunmasının tətbiqi 2031-ci ilin fevralına qədər təxirə salınıb

15:12, 01.07.2026

İctimai iaşə obyektlərində istehlakçılara plastik butulkalarla içkilərin təqdim edilməsinə qadağanın qüvvəyə minmə tarixi dörd il təxirə salınıb. Bu barədə məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Qurumun məlumatına görə, yeni tarix 2031-ci il 1 fevral olaraq müəyyən edilib.

“Qida ilə təmas üçün nəzərdə tutulmuş plastikdən hazırlanmış bəzi məhsulların istehsalı, idxalı və bazara çıxarılmasının qadağan edilməsi haqqında” Gürcüstan hökumətinin 2026-cı il 12 mart tarixli №106 qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, ictimai iaşə obyektlərində plastik butulkalarla içkilərin təqdim edilməsinə qadağanın tətbiqi dörd il təxirə salınıb və yeni tarix 2031-ci il 1 fevral müəyyən edilib.

2026-cı il 12 mart tarixli №106 qərarına əsasən, bu məhdudiyyət 2026-cı il 1 iyuldan qüvvəyə minməli idi. Qərarın təxirə salınması özəl sektor, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə əlavə məsləhətləşmələrdən sonra qəbul edilib.

Oxşar