İbranişünaslıq üzrə Britaniya Polonsky mükafatı Laşa Şağulaşviliyə verilib
İbranişünaslıq üzrə Britaniya Polonsky mükafatı Laşa Şağulaşviliyə verilib

 

İbranişünaslıq üzrə Britaniya Polonsky mükafatı Laşa Şağulaşviliyə verilib. Mükafat ibranişünaslıq sahəsini inkişaf etdirən alimlər üçün nəzərdə tutulub.

Məlumatı Tbilisi Dövlət Universiteti yayır.

“Mükafatı almaq üçün iki akademik müəssisənin və ya tədqiqat təşkilatının müsabiqə komissiyasına müvafiq namizədliyi təqdim etməsi labüddür. Laşanın Polonsky mükafatına namizədliyi İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) ivrit dili üzrə bakalavr proqramı və Oksford Universitetinin Nadir İvrit Dilləri Məktəbi tərəfindən təqdim edilib. Hazırda Laşa Qüdsdəki İsrail Milli Kitabxanasında işləyir və burada gürcü dilində tədris materialları yaradır. Həmçinin, o, yiddiş dili və mədəniyyətini öyrətdiyi TDU-nun ibranişünaslıq üzrə bakalavr proqramında qonaq müəllimdir. Laşa Təl-Əviv Universitetinin, “Paideia” Avropa İbranişünaslıq Araşdırmaları İnstitutunun və Oksford Universitetinin Nadir İvrit Dilləri Məktəbinin məzunudur. 2023-cü ildə Yakob Qordinin pyesini ivrit dilindən gürcü dilinə tərcümə etdi və onunla Tbilisidə bərpa edilmiş Yiddiş Teatrı açıldı. Laşa ana gürcü dili ilə yanaşı, ingilis, rus, yəhudi, latış və ivrit dillərində də işləyir” -deyə məlumatda deyilir.