“Milan” klubunun forvardı, Zlatan İbrahimoviç karyerasını Tİtliya klubunda davam etdirmək istəyir. Bu barədə jurnalist, Fabrisio Romano öz “tvitter” səhifəsində yazdı.
Qeyd edirlər, İbrahimoviç əmindir ki, bu mövsümün nəticələrinə əsasən, klub Çempionlar Liqasına düşməyi bacaracaq.
Xatırladaq ki, veteran futbolçu kluba cari ilin yanvarında qayıtdı. 39 yaşlı futbolçunun “Milan” ilə müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir. Bu mövsümdə Zlatan klubda doqquz matç keçirdi və doqquz top vurdu.
Seria “A”-nın yeddi turundan sonra, “Milan” 17 xal ilə cədvəldə liderlik edir.