İan Lipavski - Şovidə baş vermiş faciə məni dərindən kədərləndirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram
Çexiyanın xarici işlər naziri İan Lipavski Şovidə baş vermiş təbii fəlakət zamanı həlak olanların ailələrinə başsağlığı verir.
“Şovidə baş verən faciə məni çox kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram”, – deyə İan Lipavski sosial şəbəkədə yazıb.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 25 nəfərin axtarışı davam edir.