İaqo Xviçia - zənnimcə cənab Xazaradze siyasətdən gedir və bunun üçün müqəddimələr lazımdır, fikrimcə, "Lelo" siyasətin onların uğur qazanacağı yer olmadığını artıq başa düşüb
İaqo Xviçia - zənnimcə cənab Xazaradze siyasətdən gedir və bunun üçün müqəddimələr lazımdır, fikrimcə, "Lelo" siyasətin onların uğur qazanacağı yer olmadığını artıq başa düşüb

 
Zənnimcə cənab Xazaradze siyasətdən gedir və bunun üçün müqəddimələr lazımdır – bu barədə “Qirçi”nin üzvü İaqo Xviçia Gürcüstanın Birinci Kanalına açıqlayıb.

Xviçia Mamuka Xazaradzenin “Həqiqətən, heç kimə sanksiya tətbiq edilməsini arzu etmək istəmirəm, lakin söhbət ölkəmiz və milli maraqlarımızdan gedirsə, bütün üsullar təqdirə layiqdir”-deyə verdiyi bəyanatı şərh edib.

Xviçanın sözlərinə əsasən, “Lelo” siyasətin onların uğur qazanacağı yer olmadığını artıq başa düşüb.

“Zənnimcə, cənab Xazaradze siyasətdən gedir və siyasətlə belə vidalaşır. Siyasəti birdən-birə tərk edə bilməz və bunun üçün bu tip müqəddimələr lazımdır. Mənə məntiqli belə görünür, çünki fikrimcə, “Lelo” siyasətin onların uğur qazanacağı yer olmadığını artıq başa düşüb. Gələcəkdə perspektivlərin yaranması üçün kvalifikasiyanın artırılmasının heç bir mənasını olduğunu düşünmürəm. Ağıllı adamlardır, bir neçə milyon xərcləyib siyasətdən ləyaqətlə gedəcəklər. 2024-cü ilin seçkilərindən əvvəl sadəcə yox olmaq çətindir, lakin 2024-cü il seçkilərindən sonra o, yavaş-yavaş yox olacaq”- Xviçia bildirib.