İaqo Xviçia – Saakaşvilini müalicə üçün xaricə göndərmək daha yaxşı olar

14:44, 21.10.2021

“Qirçi” üzvü İaqo Xviçia deyir ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini müalicə üçün xaricə göndərmək daha yaxşı olar.

Xviçianın jurnalistlərə dediyi kimi, Mixeil Saakaşvilinin vəziyyəti pisləşərsə, Gürcüstanda həkimlərin qərəzli mövqeyinə şübhə yaranacaq.

“Bütün bunları nəzərə alaraq, Saakaşvilini müalicə üçün xaricə göndərmək daha yaxşı olar”, – Xviçia bildirib.

Xatırladaq ki, dünən Gürcüstanın ədliyyə naziri Rati Breqadze, lazım gələrsə məhkum / təqsirləndirilən Mixail Saakaşvilinin Xüsusi Penitensiar Xidmətin 18 -ci tibb müəssisəsinə yerləşdiriləcəyini demişdi. Onun sözlərinə görə, aclıq çəkən xəstənin sağlamlığını idarə etmək üçün tibb müəssisəsi tam fəaliyyət göstərir.

Eyni zamanda, Mixail Saakaşvilinin vəkili Beka Basilaia qeyd edib ki, Mixail Saakaşvilinin 18-ci Cəzaçəkmə Müəssisəsinin xəstəxanasına yerləşdirilməsinə dair qərar hakimiyyətin təxribat cəhdi olub.

Oxşar