İaqo Xviçia – Saakaşvili əvəzinə özəl klinikaya, xaricə aparılmalı və komanda yoldaşları bunu tələb etməlidirlər
“Qirçinin” lideri İaqo Xviçia hesab edir ki, Mixeil Saakaşvilini müalicə üçün xaricdəki özəl klinikaya aparmaq lazımdır. Onun fikrincə, bunu komanda yoldaşları tələb etməlidilər.
“Mixeil Saakaşvili özəl klinikaya, xaricə aparılmalıdır. Komanda yoldaşları aclıq aksiyası keçirmək əvəzinə bunu tələb etməli idilər. Axı bu yaxınlarda bu onun ailə üzvləri tərəfindən tələb olunurdu. “axşı olardı ki, onun komanda yoldaşları buna əməl etsinlər”, – Xviçia bildirib.
Saakaşvilinin məhkəmədə iştirakı məsələsinə gəlincə, Xviçianın sözlərinə görə, məhbusun öz məhkəmə iclasında iştirak etmək hüququ var.
“Onun öz məhkəməsində iştirakına və konstitusiya hüququ olan hüquqlarını müdafiə etməsinə imkan verilməməsi məhbus və təqsirləndirilən şəxs kimi hüquqlarının məhdudlaşdırılmasıdır. Fikrimcə, Mixeil Saakaşviliyə məhkəmədə iştirak etməyə icazə verməyərək Gürcü Arzusu onu əsəbləşdirməyə çalışır. İnsan hüquqlarının pozulması göz qabağındadır və təəssüf ki, biz buna öyrəşmişik ki, bunun baş verə biləcəyi bir ölkə var və Mixeil Saakaşvili bu ölkənin quruculuğuna, o cümlədən ədliyyə sahəsində böyük töhfə verib”, – İaqo Xviçia bildirib.
Eyni zamanda, İaqo Xviçia “Milli Hərəkat” üzvlərinin aclıq aksiyasına başlamasını dəyərləndirib və qeyd edib ki, aclıq aksiyası insanı azad etmək üçün effektiv vasitə olmamalıdır.
“Deputatların aclıq aksiyasına gəlincə, mən “Milli Hərəkat”ın qərarının nəyə əsaslandığını, nəyə görə qəbul edildiyini və başqa hansı seçimin edildiyini bilmirəm, amma mən hesab edirəm ki, insanı azad etmək üçün aclıq aksiyası keçirilməsi effektiv yol olmamalıdır ”, – İaqo Xviçia bildirib.