İaqo Xviçia – Müxalifət konkret ideyalar ətrafında birləşməlidir, indiyədək müxalifətin “Milli Hərəkat” və Mixeil Saakaşvili ətrafında birləşməyə cəhdi olub, bizim yerimiz burada deyil

12:17, 24.11.2021

Müxalifət konkret şəxslər ətrafında deyil, konkret ideyalar ətrafında birləşməlidir. İndiyədək müxalifət Milli Hərəkat və Mixeil Saakaşvili ətrafında birləşməyə çalışırdı. Düşünürəm ki, bizim yerimiz burada deyil”, – müxalifətçi deputat İaqo Xviçia bildirib.

Onun sözlərinə görə, “Qirçi” müxalifətə konkret ideya ətrafında birləşməyi təklif edir.

“Biz müxalifətə konkret ideyalar ətrafında birləşməyi təklif edirik ki, burada necə bir ölkə ölkə istədiyimiz bəlli olacaq, nə qədər ki, belə bir ideya yoxdur, nə növbədənkənar seçki tələbinin, nə də birləşmənin mənası yoxdur. Biz “mişistlər” deyilik. Bir adamın ətrafında birləşmək bizlik deyil. Səhv etmirəmsə, “Lelo” və Zura Caparidze beşrəqəmli işarə ilə gəzirdilər, seçkilərdə beş rəqəmi işarələmək üçün adamlar toplayırdılar. Bu, mənim fikrim də deyil, sübut olunmuş faktdır. “, – Xviçia bildirib.

Oxşar