İaqo Xviçia - Gürcüstanın sanksiyalara layiq olduğunu söyləmək üçün kifayət qədər sübutum yoxdur, lakin iqtidar tərəfdaşlar ilə vəziyyəti nizamlamamaq üçün ritorika səviyyəsində hər şeyi edir
İaqo Xviçia - Gürcüstanın sanksiyalara layiq olduğunu söyləmək üçün kifayət qədər sübutum yoxdur, lakin iqtidar tərəfdaşlar ilə vəziyyəti nizamlamamaq üçün ritorika səviyyəsində hər şeyi edir

 

Gürcüstanın sanksiyalara layiq olduğunu, ölkədə “qara dəliy”in olduğunu və s. xüsusilə demək üçün kifayət qədər sübutum yoxdur. Mən sübutsuz danışmağa öyrəşməmişəm, amma iqtidarımız Qərb tərəfdaşları ilə vəziyyətin nizama salınmaması üçün hər şeyi ritorika səviyyəsində edir-bu barədə “Qirçi”nin üzvü İaqo Xviçia açıqlayıb.

“Bu nizamlanmamış vəziyyət sanksiyalara gedib çıxacaq, müəyyən dəlillər ortaya qoyulacaq, bunun sanksiyalarsız məyusluq yaradacaq münaqişə olacağını, yoxsa nə olacağını bilmirəm, amma fakt budur ki, hətta tərəfdaşlarımız bizə sanksiya tətbiq etməsələr belə biz düzgün hərəkət etmirik”-deyə İaqo Xviçia açıqlayıb.