İaqo Xviçia – düzgün həll yolu Saakaşvilini xaricə buraxmaqdır, klinikaya köçürülmənin o qədər də əhəmiyyəti yoxdur, “Milli Hərəkatın” heç bir etibarı və nüfuzu yoxdur

14:55, 17.11.2021

Mövcud vəziyyətin həlli Mixeil Saakaşvilini xaricə müalicəyə göndərməkdir və əgər o, orada istəyir şura çağırsın, istəyir başqa bir şey etsin, – deyə “Qirçi”nin lideri İaqo Xviçia bildirib.

Onun sözlərinə görə, “Milli Hərəkatın” inamı və nüfuzu yoxdur.

“Bu qədər mitinqdən, hay-küydən, hətta təhqirdən bezməmək olarmı? “Gürcü arzusu”nun və Bidzina İvanişvilinin bundan yorula biləcəyini düşünürük axı. İndiki məqamda düzgün həll yolu Mixeil Saakaşvilini xaricə göndərməkdir. Klinikada eyni səs-küy başlayacağı üçün klinikaya köçürülməsinin o qədər də əhəmiyyəti yoxdur. Təsəvvür edirsiniz ki, Bidzina İvanişvilisiniz və siz “Milli Hərəkat”ın deyəcəyi hər şeyə inanardınızmı? Milli Hərəkatın heç bir etibarı və nüfuzu yoxdur”, – deyə İaqo Xviçia bildirib.

Oxşar