İaqo Xviçia - dırnaq arası zəng mərkəzləri ilə əlaqədar istintaq komissiyasının yaradılmasını dəstəkləyirik, zəng mərkəzlərinin sahibləri ilə iqtidar arasında əlaqənin təyin edilməsi vacibdir
“Gürcü Arzusu”nun qəribə bir vərdişi var, qanunlar qəbul edirlər, onlara yaxşı deyirlər, sonra da özləri pozurlar. Görək, bu, hara qədər gedəcək və yekunda məhkəmə ilə bağlı istintaq komissiyasının yaradılması işi alınacaq mı, yoxsa alınmayacaq mı” – deyə “Qirçi”nin lideri İaqo Xviçia açıqlayıb.
“50 nəfərlə istintaq komissiyasının yaradılmasını nəzərdə tutan düzəlişi konstitusiyaya “Gürcü Arzusu” daxil edib və onlar Rusiyayönlü qanun qəbul etməklə qəbul etdikləri konstitusiyanı pozduqları kimi, onu da pozurlar” – deyə İaqo Xviçia açıqlayıb.
Dırnaq arası zəng mərkəzləri ilə bağlı müvəqqəti istintaq komissiyasına gəlincə İaqo Xviçia “Qirçi”nin komissiyanın yaradılmasını dəstəklədiyini bildirib.
“Zəng mərkəzləri ilə bağlı istintaq komissiyasının yaradılmasının da tərəfdarıyıq. Zəng mərkəzlərinin sahibləri ilə iqtidar arasında əlaqənin təyin edilməsi olduqca vacibdir, çünki iqtidarın köməyi və müdaxiləsi olmasaydı, bunun alınmayacağına inanırıq. Bu prosesdə axtardığımız əsas günahkarın hakimiyyətlə əlaqəli olmasından irəli gələrək, iqtidarın komissiyanın yaradılmasının qarşısını almaq üçün hər şeyi edəcəyi aydındır. Müxalifətin əsas donoru ilə bağlı belə bir qalmaqal olduğunu necə izah etmək olar, insanlar komissiya yaradılmasını tələb edərkən sən yaratmaq istəməyəsən” -deyə İaqo Xviçia açıqlayıb.