İaqo Xviçia - bu gün müxalifət parlamentdə layiqincə təmsil olunmur, bunun səbəblərindən biri də müxalifətin və onların media orqanlarının bir-birlərini təhqir edib, söyməsidir
İaqo Xviçia - bu gün müxalifət parlamentdə layiqincə təmsil olunmur, bunun səbəblərindən biri də müxalifətin və onların media orqanlarının bir-birlərini təhqir edib, söyməsidir

 

Biz müxalifətin son bir ildə çoxlu səhvlərə yol verməsinə görə hakimiyyətin bu gün çox cəsarətli olduğuna şahidiq-bu barədə Qirçi partiyasının üzvü İaqo Xviçia parlamentin plenar iclasında bildirib.

İaqo Xviçianın sözlərinə görə, müxalifət bu gün parlamentdə layiqincə təmsil olunmur, bunun səbəblərindən biri də müxalifətin və onların media orqanlarının bir-birlərini təhqir edib söyməsidir . Lakin onun fikrincə, iqtidar müxalifətin adına müxalifətin özü qədər ləkə gətirməyib.

“Biz müxalifətin son bir ildə çoxlu səhvlərə yol verməsinə görə hakimiyyətin bu gün çox cəsarətli olduğuna şahidiq. Müxalifətin heç vaxt parlamentdə 60-dan çox deputatı olmayıb, lakin müxalifətin səhvləri ucbatından vəziyyət elədir ki, hətta istintaq komissiyasının yaradılması belə problemlidir, yəni 50 nəfər. Bəzilərinin mandatını çəkməsinə, bəzilərinin getməsinə və s. görə bu problemlə üzləşilib . Həmçinin, hesab edirəm ki, bu gün müxalifətin parlamentdə layiqincə təmsil olunmaması problemi , müxalifətin və onların mediasının bir-birlərini təhqir edib söyməsidir. Öz mətbuat vasitələri və ya siyasətçilər vasitəsilə bir-birini söymələri, bunun da dövlət mediası tərəfindən hər gün ələ salınaraq yayımlanması və s. hakimiyyət müxalifətin adına müxalifətin özü qədər ləkə gətirməyib. Nə vaxt ağlımızı başa yığmalıyıq? Bundan artıq nə baş verməlidir. “Gürcü Arzusu”-nun özünü belə, kobud, problemli apardığını görəndə bəlkə də bu alətdən istifadə edək. Bəlkə heç olmasa indi biz bu şəraitdə bir-birimizə nə istədiyimizi, ədalətsizliyə qarşı hansı ideya ilə silahlanmaq istədiyimizi deyə bilək”-deyə İaqo Xviçia bildirib.