İaqo Xviçia - Birbaşa qaydada seçilmiş iki prezidentimiz var idi, lakin gürcü xalqının onların mövcudluğu-yoxluğu ilə nəsə hiss etdiyinə şübhə edirəm, Qaxarianın "parlaq" təşəbbüsünə daha da cavab verməyəcəm
Birbaşa qaydada seçilmiş iki prezidentimiz var idi, lakin gürcü xalqının onların mövcudluğu-yoxluğu ilə nəsə hiss etdiyinə şübhə edirəm, Qaxarianın “parlaq” təşəbbüsünə daha da cavab verməyəcəm- bu haqda “Qirçi” partiyasının lideri İaqo Xviçia açıqlayıb.
Xviçia, prezidentin seçilmə tərzinin dəyişdirilməsinə qədər görüləsi çox iş olduğunu bildirib.
“Zənnimcə, parlament respublikası, yoxsa prezident respublikası olacağımızı müzakirə etməyə başlamaq üçün bir az gecdir, amma ən vacibi prezidentin necə seçiləcəyinə qərar verəcək gücdür. Nə qədər ki, bu gücə malik deyilsiniz, bunun xüsusi bir təsiri olduğuna şübhə edirəm. Prezidentin seçilmə üsulunu dəyişməzdən əvvəl görüləsi çox iş var. Əgər bizə desəniz ki, prezidentin birbaşa seçilməsi üsulu bizi çiçəkləndirəcək, Salome Zurabişvili birbaşa üsulla seçilib və biz nə çiçəklənməmişik, nə də yıxılmışıq, heç nə dəyişməyib. Bizim əsas problemimiz odur ki, tək şəxsli idarəçilik rejimi var və kimin üçüncü, dördüncü, beşinci kişi olacağı təəssüf ki, o qədər də önəmli deyil. Bundan irəli gələrək, qaydada dəyişiklik heç bir həlledici əhəmiyyət kəsb etməyəcək. Birbaşa qaydada seçilmiş iki prezidentimiz var idi, lakin gürcü xalqının onların mövcudluğu-yoxluğu ilə nəsə hiss etdiyinə şübhə edirəm, Qaxarianın “parlaq” təşəbbüsünə daha da cavab verməyəcəm” – İaqo Xviçia bildirib.
“Gürcüstan Naminə” partiyası prezidentin seçilməsi proseduru ilə bağlı konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edir.