İaqo Xviçia - Saakaşvili digər partiyalarla dost olmağı öyrənməlidir və sadəcə özü şahzadə rolunda olmamalıdır, əks halda onu burda çox gözləyən yoxdur
İaqo Xviçia - Saakaşvili digər partiyalarla dost olmağı öyrənməlidir və sadəcə özü şahzadə rolunda olmamalıdır, əks halda onu burda çox gözləyən yoxdur

Saakaşvili digər partiyalarla dost olmağı öyrənməlidir və sadəcə özü şahzadə rolunda olmamalıdır, əks halda onu burda çox gözləyən yoxdur, – bu bəyanatı “Girçi”-nin nümayəndəsi İaqo Xviçia, Nika Melia və Mixeil Saakaşvilinin Ukraynada görüşünü dəyərləndirərkən verdi.

“Digər siyasi partiyalar da istəyəcəklər ki, Saakaşvili onların yanında olsun. Əks halda, onu burada gözləyən olmayacaq. Özü buraya gələ bilmir, həm-partiyallarını oraya dəvət edir.

Buraya gəlməsi üçün Saakaşvili digər partiyalarla dost olmalıdır və digər siyasi qüvvələrə hücum etməməlidir. Mənim fikrimcə, Nika Melia və Saakaşvilinin görüşündə əksiklik var idi, çünki biz “Milli Hərəkatın” parlamentə daxil olub-olmayacağı ilə bağlı konkret cavab ala bilmədik”, – dedi İaqo Xviçia.