İaqo Xviçia - Kasianovun açıqlaması səhvdir, biz gürcülər heç kimə vətəndaşlarının bizdən qaçması üçün səbəb verməmişik
İaqo Xviçia - Kasianovun açıqlaması səhvdir, biz gürcülər heç kimə vətəndaşlarının bizdən qaçması üçün səbəb verməmişik

 

“Qirçi”nin üzvü İaqo Xviçia Gürcüstanda Ukrayna məsələləri üzrə müvəqqəti nümayəndə Andrei Kasianovun bəyanatı ilə razılaşmadığını bildirir.

Söhbət Andrei Kasianovun rusların Gürcüstana gəlişi səbəbilə təhlükə yaranacağı təqdirdə, ukraynalıların Gürcüstandan təxliyə edilə biləcəyinə dair bəyanatından gedir.

İaqo Xviçia gürcülərin heç kimsəyə vətəndaşlarının Gürcüstandan qaçması üçün səbəb vermədiyini bildirir.

“Kasianovun bəyanatı səhvdir və mən bununla razı deyiləm, çünki Gürcüstanda başqa millətlərdən olan çoxlu insanlar yaşayır və olublar və biz bununla tanınırıq. Biz insanların öz çəkişmələrini ərazilərimizə daşımaması üçün nizam yarada bilirdik. Bu səbəbdən hesab edirəm ki, bu bəyanat səhvdir. Biz gürcülər heç kimə başqalarının bu ölkəyə daxil olması və onların münaqişəsinin burada davam edə biləcəyi səbəbilə vətəndaşlarının bizdən qaçması üçün səbəb verməmişik. Tariximizdən belə bir hadisəni xatırlamıram” -deyə İaqo Xviçia bildirib.