İa Metreveli - Fövqəladə qərargah yaradırıq və ciddi mübarizəyə başlayırıq, "Milli Hərəkatın" geri qayıtmasına xalq imkan verməyəcək
İa Metreveli - Fövqəladə qərargah yaradırıq və ciddi mübarizəyə başlayırıq,  "Milli Hərəkatın" geri qayıtmasına xalq imkan verməyəcək

Fövqəladə qərargah yaradırıq və ciddi mübarizəyə başlayırıq, bütün əhalinin konsolidasiyası olacaq, “Milli Hərəkatın” geri qayıtmasına xalq imkan verməyəcək, – bu bəyanatı sabiq iqtidar dövründə, polis tərəfindən öldürülən gənc Buta Robakidzenin anası İa Metreveli verdi.

İa Metreveli bugün, polis tərəfindən öldürülən bir digər gəncin, Yuri Vazaqaşvilinin anası Manana Vazaqaşvili, haqsız yerə həbs edilən Sulxan Molaşvilinin atası və bir digər siyasi məhbus Vaxtanq Maisaianın həyat yoldaşı ilə bərabər, bugün mətbuat konfransı keçirdi.

“2012-ci ildə birgə mücadələmizlə son qoyduğumuz qatil iqtidarın və Saakaşvili rejiminin geri qayıtmasına imkan verməyəcəyik. Düşünürəm ki, əhalinin 60 faizi seçkilərə gəlmədi. Onlara müraciət etmək istəyirəm, əziz həmvətəndaşlarım, birlikdə apardığımız mübarizəyi və başımızdan keçən faciələri yadınıza salın, övladları qətlə yetirilən anaları yadınıza salın. İrina Enukidzenin, sabiq hakimiyyət tərəfindən öldürülən oğluna və qətlə yetirilən digər gənclərə nə deyirik? Onların qatilləri ədalətlə hələ üzləşməyiblər axı!” – dedi İa Metreveli.

Onun dediyinə görə, indi dövlətimizin xilas edilməsini düşünməliyik, çünki ölkə vətəndaş müharibəsi qarşısındadır.