"Hürriyet" türk nəşri - ABŞ Türkiyə sərhədində "Kiçik İsrail"in təməlini qoyur
"Hürriyet" türk nəşri - ABŞ Türkiyə sərhədində "Kiçik İsrail"in təməlini qoyur

 
Dünyanın başı Qəzza və Ukrayna məsələləri ilə qarışıqkən ABŞ Türkiyə sərhədində “Kiçik İsrail”in təməlini qoyur-bu haqda “Hürriyet” türk nəşrinin məqaləsində deyilir.

Türk nəşri “Kürdüstan İşçi Partiyası”nın iyunun 11-də Suriyanın şimalında yerli seçkilər keçirəcəyini yazır.

“Hürriyet”in iddiasına görə, Manbic, Afrin və Tel Rifat kimi Suriyanın şimalındakı şəhərlərdə seçkilər “Kürdüstan İşçi Partiyası”nın nəzarəti altında keçiriləcək və yalnız kürd silahlı bölmələrində xidmət edən şəxslər səs verə biləcəklər.

Nəşrin məqaləsinə əsasən, ABŞ Prezident Administrasiyasının Yaxın Şərq məsələləri üzrə koordinatoru Bret Makqark iki mərhələli plan tərtib edib və plana əsasən, birinci mərhələdə “Kürdüstan İşçi Partiyası”nın muxtar administrasiyasını yaradacaqlar, ikinci mərhələdə isə dövləti.

“Hürriyet” yazır ki, birinci addım Suriyanın , ikinci addım isə 15 milyon kürdün yaşadığı Türkiyənin parçalanması məqsədinə xidmət edir.