Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə dörd nəfəri saxlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, eləcə də satışına şərait yaradılması ittihamı ilə dörd nəfəri saxlayıblar.
Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin, onların avtomobillərinin və yaşayış evlərinin axtarışı zamanı maddi sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edərək götürüblər. Onların arasında təxminən 1 kiloqrama yaxın MDMA, yarım kiloqrama yaxın alfa-PVP və mefedron, həmçinin kokain, metadon, LSD və ketamin var.
İstintaq tədbirləri çərçivəsində narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 260¹ və 261-ci maddələri ilə istintaq aparılır. Bu maddələr üzrə təqsirli bilinən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.