Human Rights Watch Gürcüstan haqqında 2017-ci ilin hesabatını yayır
Human Rights Watch Gürcüstan haqqında 2017-ci ilin hesabatını yayır.
Hesabatda, Gürcüstanda həyata keçirilən konstitusiya islahatları, polis və təhlükəsizlik xidməti tərəfindən zorakılıq faktlarından, narkosiyasət, şəxsi həyata əl dəyməmə hüquqları və medya azadlığı haqqında söz edilir.
“2017-ci ildə iqtidar partiyası, tezləşdirilmiş templə, geniş siyasi konsensunsa nail olmadan, konstitusiya islahatını həyata keçirdi, hansına əsasən, ölkənin parlament idarəçiliyinə keçmə prosesi başa çatmalı idi.
Hüquqmühafizəçilər tərəfindən törədilən zorakılıq faktları ilə bağlı məsuliyyət yenə problem olaraq qalır. Gürcüstan narkotik istifadəçilərinin həbs edilməsinə orientləşdirilmiş siyasət aparmağa davam edir.
Şəxsi həyata əldəyməsi hüququ ilə bağlı vəziyyət şok edicidir. LGBT nümayəndələrinin hüquqlarının qorunması baxımından da ciddi problemlər mövcuddur”, – deyilir Human Rights Watch-un hesabatında.