Hüquqmühafizəçilər parlamentin girişində keçirilən aksiyanın bir neçə iştirakçısını həbs etdilər
Hüquqmühafizəçilər parlamentin girişində keçirilən aksiyanın bir neçə iştirakçısını həbs etdilər

Hüquqmühafizəçilər parlamentin girişində keçirilən aksiyanın bir neçə iştirakçısını həbs etdilər.

Aksiya iştirakçıları patrul polis maşınının hərəkət etməsinə mane olurdular.

“Avropa Gürcüstanının” lideri Elene Xoştarianın dediyinə görə, bu gün hüquqmühafizəçilər aksiya iştirakçılarına qarşı xüsusi əməliyyat keçirirlər.

“Hamımızı həbs etsələr də durmayacağıq. Öz qullarını parlamentə polis deyil, əsgər gücü ilə daxil etməyə çalışacaqlar. Biz nə həbs edilməkdən, nə də başqa bir şeydən qorxmuruq” – dedi Elene Xoştaria.

Onun dediyinə görə, aksiyanın üç iştirakçısını polis həbs etdi.