Hüquqi şəxslərin siyasi partiyalara ianə verməsi qadağan edilə bilər
Hüquqi şəxslərin siyasi partiyalara ianə verməsi qadağan edilə bilər

 
Hüquqi şəxslərin siyasi partiyalara ianə verməsi qadağan edilə bilər.

Təşəbbüsü büronun bugünkü iclasında irəli sürüləcək müvafiq dəyişikliklər “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna daxil edilir.

Dəyişikliklərlə partiya tərəfindən il ərzində çəkilən xərclərin icazə verilən ümumi miqdarının yuxarı həddi əvvəlki ilin ÜDM-nin 0,05 faizindən 0,04 faizə azaldılır.

“Gürcü Arzusu”nun üzvləri qanun layihəsinin təşəbbüskarlarıdırlar, onların açıqlamasına görə, layihə qəbul olunacağı təqdirdə, Gürcüstan Venesiya Komissiyasının 12 iyun 2023-cü il tarixində dərc etdiyi və hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsi imkanlarının qadağan edilməsinə dair göstərişin verildiyi “De-oliqarxizasiya haqqında” tövsiyəni nəzərə almış olacaq.

Onlar bildirirlər ki, siyasi partiyalar bundan sonra hüquqi şəxslər tərəfindən maliyyələşdirilməyəcək, eləcə də partiyanın il ərzində çəkdiyi xərclərin ümumi miqdarı da azalacaq, bu da deputatların fikrincə, partiyalar arasında yalnız sağlam rəqabətin olmasını, ədalətli seçki mühitinin qorunub saxlanmasını təmin edəcək və onun gələcək inkişafı üçün imkan yaradacaq.

Qanun layihəsində qeyd olunur ki, hüquqi şəxs, onların birliyi və ya başqa növ təşkilat tərəfindən qadağan olunmuş ianənin verilməsinə görə ianəni verən, xərci qarşılayan şəxsin və qadağan olunmuş ianəni, xərci üçüncü şəxs vasitəsilə həyata keçirən şəxsin qadağan olunmuş ianənin, xərcin ikiqat miqdarında cərimə edilməsi nəzərdə tutulub.