Hüquqi məsələlər üzrə komitə iclasında Eka Beselia Vano Zardiaşviliyə qapaz vurdu [Video]

Gürcüstan parlamentinin hüquqi məsələlər üzrə komitəsində fiziki qarşıdurma baş verdi.

Münaqişə müstəqil (partiyasız) deputat olan Eka Beselia və parlament əksəriyyətinin üzvü Vano Zardiaşvili arasında baş verdi və Eka Beselia onu fiziki təhqir etdi.

İnsindent deputat Qedevan Popxadzenin bəyanatından sonra baş verdi, hansı ki, Zardiaşviliyə deyirdi ki, “onun moralı artıq bəllidir”.

Həmin bəyanata cavab olaraq, Vano Zardiaşvili Gedevan Popxadzeyə cavab verdi: “Sən get Beselianın moralını axtar”

Eka Beselianın qəzəbinə də məhz bu replika səbəb oldu.

Münaqişədən sonra, iclasa fasilə verildi.

Parlamentin hüquqi məsələlər üzrə komitə iclasında bu gün Ali Məhkəmənin hakim namizədi Miranda Eremadzeyi dinləyirdilər.