Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisinin Pekin prospektində yerləşən Gürcüstan Bankının filialını qarət etməkdə təqsirləndirilən şəxsi saxlayıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü İ.C.-ni quldurluq və qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirmək ittihamı ilə Tbilisidə saxlayıblar.
“Təqsirləndirilən şəxsin cari ilin dekabrın 14-də Gürcüstan Bankının filiallarından birinə basqın edərək, silahla təhdid etməklə bank işçisindən pul qəsb etdiyi və hadisə yerindən qaçaraq gizləndiyi istintaqla müəyyən edilib. Polis “isti izlər”lə həyata keçirdiyi istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsi hadisədən bir neçə saat sonra saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədildiyi silahı və pulu sübut kimi götürüblər” – deyə Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaq Cinayət Məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsinin “q” alt bəndi və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Cinayət 4 ildən 12 ilə qədər azadlıq məhrum etməni nəzərdə tutur.