Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə, Cava küçəsində baş verən qətldə təqsirləndirilən şəxsi saxlayıblar
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisidə, Cava küçəsində qətl törətməkdə təqsirləndirilən 1964-cü il təvəllüdlü V.K.-ni saxlayıblar.
“İstintaqla müxtəlif cinayətlərə görə mühakimə olunmuş təqsirləndirilən şəxsin bu ilin dekabrın 23-də Tbilisi şəhərinin Cava küçəsində 1976-cı il təvəllüdlü B.O.-nu keçmişdə baş vermiş şəxsi münaqişə zəminində odlu silahdan atəş açaraq yaraladığı və gizləndiyi müəyyən edilib. Yaralı kişi hadisə yerində dünyasını dəyişib. Polisin isti izlər əsasında həyata keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədən şəxs hadisədən ikinci gün yaxalanıb” – deyə Daxili İşlər Nazirliyində açıqlayırlar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Cinayət on ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.
Tbilisidə, Cava küçəsində qətl hadisəsi iki gün əvvəl baş verib.