Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin yaxınlığında aksiya iştirakçılarına qarşı təzyiqli sudan istifadə ediblər
Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin ərazisində aksiya iştirakçılarına qarşı təzyiqli sudan istifadə ediblər.
Bundan əvvəl Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını dağılmağa çağırıb və xəbərdarlıq edib ki, “əks halda asayişin bərpası və mülki sabitliyin bərqərar olması üçün onlara qarşı qanunda nəzərdə tutulmuş tədbirlər tətbiq olunacaq”.
Plenar iclas başa çatdıqdan sonra parlamentin ətrafında vəziyyət gərginləşib və aksiya iştirakçılarının bir hissəsi deputatların qanunverici orqanı tərk edəcəkləri parlamentin girişlərinə doğru hərəkət edib.
Aksiya iştirakçıları “Xalqın Gücü”nün təşəbbüsü ilə irəli sürülmüş qanun layihələrinə etiraz edirlər. Parlament indilərdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib.