Hüquq-mühafizə orqanlarının əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsinin və Detektivlər Baş İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəmək ittihamı ilə, xarici ölkə vətəndaşını saxlayıblar.
Daxili İşlər Nazirliyi məlumat yayır.
“İş üzrə kompleks şəkildə aparılmış istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirmək məqsədilə şirkətlərdən birinin direktoruna xaricdən metal kompozit panellər gətirəcəyinə söz verib, bunun müqabilində o, aldatma yolu ilə öz hesabına 28 000 lariyə yaxın pul köçürdüb, lakin verdiyi vədə əməl etməyərək həmin məbləği qanunsuz olaraq mənimsəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi hakimin qərarı əsasında saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır, bu da 9 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur”, – DİN-nin məlumatında deyilib.