Hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Ukrayna vətəndaşını saxlayıblar
Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi İdarəsinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi və Acara Baş İdarəsinin əməkdaşları birgə əməliyyat nəticəsində İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan Ukrayna respublikasının vətəndaşını saxlayıblar.
Saxlanılan şəxs İsveçrə Konfederasiyasının hüquq-mühafizə orqanlarının sorğusu əsasında qətl ittihamı ilə axtarışda olub.
Keçirilən istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan şəxsi Batumidə saxlayıblar.
Hazırda saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.