Hüquq-mühafizə orqanlarında çalışan keçmiş işçilərin pensiyası 1000 lariyə qədər artırılacaq
2024-cü ildən hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının pensiyası 1000 lariyə qədər artırılacaq-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, pensiyanın maksimum həddi 560 lari olub.
“Möhtərəm hüquq-mühafizə orqanlarımızın nümayəndələri üçün vacib hesab etdiyim mühüm yenilik. Qərar qəbul etdik və keçmiş polislər, əsgərlər, xüsusi təyinatlılar artırılmış pensiya alacaqlar. Bilirsiniz ki, pensiyanın maksimal həddi 560 lari idi və 1000 lariyə qədər artırılacaq. Həmçinin, orta hesabla hər bir xidmət ili üçün hesablanan pul məbləği 20 faiz artacaq. Mən hüquq-mühafizə orqanlarımıza minnətdarlığımı bildirmək istəyirəm və bu, layiqli pensiya olacaq, biz onu gəlirə uyğun olaraq tədricən artırmaq istəyirik.
Həmçinin, xidməti vəzifələrini yerinə yetirərkən və aldığı xəsarətlər nəticəsində həlak olanların ailə üzvlərinə bir daha təşəkkürümüzü bildiririk. Onların kompensasiyası 1000 laridən 1200 lariyə yüksələcək. 2012-ci ildə sıfır lari idi, bu insanların qayğısına qalınmırdı. Biz aylıq 1200 lari kompensasiya təyin edəcəyik”- deyə İrakli Ğaribaşvili bildirib.