Hüquq-mühafizə orqanları tərəfindən xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb, üç nəfər saxlanılıb
Hüquq-mühafizə orqanları külli miqdarda narkotik vasitə aşkarlayıb, üç nəfər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, satışına şərait yaradılması, eləcə də Gürcüstana gətirilməsi ittihamı ilə üç nəfər saxlanılıb.
Şübhəli şəxslərin üzərində və müvəqqəti yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı, həmçinin müxtəlif məkanlardan maddi sübut kimi külli miqdarda narkotik vasitələr, o cümlədən 150 qrama yaxın metadon, buprenorfin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
İstintaq tədbirləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da müsadirə edilib.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 260-cı, 260¹-ci və 262-ci maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.