Hüquq-mühafizə orqanları narkotik cinayəti ittihamı ilə yeddi nəfəri saxlayıb, təxminən yarım kiloqram “metadon” götürülüb
Acarıstan Baş Polis İdarəsinin Kriminal Polis Departamentinin əməkdaşları əvvəlcədən razılaşdırılmış qrup tərəfindən xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına köməklik göstərilməsi ittihamı ilə yeddi nəfəri müxtəlif vaxtlarda Batumidə saxlayıblar.
Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin şəxsi və müvəqqəti yaşadıqları evlərdə aparılan axtarışlar zamanı xüsusilə böyük miqdarda satış üçün hazırlanmış, ümumilikdə yarım kiloqrama yaxın “metadon” maddəsini maddi sübut kimi götürüblər.
İstintaq hərəkətləri nəticəsində həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da aşkar edilərək götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvarta və 261-ci maddələri üzrə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.