Hüquq Məsələləri Komitəsinin iclasında fiziki qarşıdurma baş verib.
Komitənin sədri Anri Oxanaşvilinin səs-küyə görə bir neçə deputatı salondan çıxarmaq üçün mandatur xidmətinə çağırış etməsindən sonra fiziki qarşıdurma başlayıb.
Qiorqi Vaşadze buna görə komitə sədrinə etiraz edib. Levan Xabeişvili isə Anri Oxanaşvili ilə fiziki mübahisə yaşayıb.
Hazırda komitənin iclasında fasilə elan olunub.
Parlamentin Hüquq Məsələləri Komitəsi bu gün “Xalqın Gücü”nün hazırladığı hər iki qanun layihəsini müzakirə edir. Komitənin iclasının gündəliyində “Xarici təsirin şəffaflığı haqqında”, eləcə də “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.