Hüquq Məsələləri Komitəsi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini ikinci oxunuşda müzakirə edilib
Hüquq Məsələləri Komitəsi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini ikinci oxunuşda müzakirə edilib

 

Hüquq Məsələləri Komitəsi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini, müşayiət olunan qanun layihəsi ilə birlikdə ikinci oxunuşda müzakirə edib və dəstəkləyib.

Qanun layihəsi ilə nikah, yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və himayədarlığa verilməsi, insanı öz bioloji cinsindən fərqli bir cinsə aid etmək məqsədi ilə tibbi manipulyasiyadan istifadə etməsi, dövlət tərəfindən verilən sənəddə cinsinin göstərilməsi, təhsil, məlumatın yayılması, ictimai toplaşmaq və nümayiş keçirmək, əmək münasibəti çərçivəsində bioloji cinsin inkar edilməsi ilə bağlı məsələlər müəyyən edilir.

Bununla yanaşı, 17 May ailə müqəddəsliyi və valideynlərə hörmət günü kimi təsis edilir.

İkinci oxunuş zamanı redaksiya xarakterli düzəlişlər və terminoloji dəqiqləşdirmələr təqdim edilmişdi.

Qanun layihəsinə əsasən, nikah Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə cavab verən ailə yaratmaq məqsədi ilə kişi və qadın arasında könüllü birləşmədir. Hər hansı digər növ birliyin nikah kimi qeydə alınmasına və/və ya hüquqi aktla nikah kimi tanınmasına yol verilmir.

Həmçinin, özünü hər hansı bioloji cinsə və ya bioloji cinsindən fərqli cinsə aid etməyən və/və ya cinsi oriyentasiyası heteroseksuallıq kateqoriyasına aid olmayan şəxs tərəfindən yetkinlik yaşına çatmayan uşağın övladlığa götürülməsi yol verilməzdir.

Qanun layihəsi ilə, qanun dərc edildiyi gündən 60-cı gündə qüvvəyə minəcək.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.