Hüquq Komitəsi soyuq silahların gəzdirilməsi ilə bağlı mövcud norma və məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini dəstəkləyib
Hüquq Komitəsi soyuq silahların gəzdirilməsi ilə bağlı mövcud norma və məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik paketini dəstəkləyib

 
Parlamentin Hüquq Məsələləri Komitəsi soyuq silahların gəzdirilməsi ilə bağlı mövcud norma və məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan Daxili İşlər Nazirliyinin hazırladığı qanunvericilik paketini dəstəkləyib.

Qanun layihəsinə əsasən, küçədə, həyətdə, stadionda, meydanda, parkda, təhsil müəssisəsində, məhkəmədə, hava limanında, kinoteatrda, teatrda, konsert salonunda, kafedə, restoranda, bütün növ ictimai nəqliyyatda, avtovağzalda, dəmiryol vağzalında və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə soyuq silah gəzdirmək, soyuq silah müsadirə olunmaqla 500 lari məbləğində cərimələnməni nəzərdə tutur.

Qanun layihəsində qeyd edilən maddənin qəsdən cinayət törətdiyinə görə mühakimə edilmiş şəxsə, narkotik vasitələrdən istifadəyə görə inzibati cərimə cəzasına məhkum edilmiş şəxsə və barəsində qoruyucu və ya iltizam-çəkindirici seçilmiş şəxslərə şamil edilməyəcəyi dəqiqləşdirilir. Bu halda məsuliyyət “Cinayət Məcəlləsi”nin 238-ci maddəsinin birinci bəndinə uyğun olaraq müəyyən edilir.

Bundan başqa, dəyişikliklərlə şəxsi gigiyena məqsədilə, yemək hazırlamaq və ya qəbul etmək , peşə fəaliyyəti ilə məşğul olmaq, ov, balıq ovu və ya bitki məhsulunun yığımı məqsədilə, kənd təsərrüfatı və ya maldarlıq fəaliyyətini həyata keçirmək, eləcə də milli geyim geyərkən və soyuq silahların bu geyimlərin bir hissəsi olarkən soyuq silah gəzdirən şəxsə qanunun şamil olunmayacağı müəyyən edilir.

Qanunvericilik paketinin təşəbbüsü 2019-cu ildə irəli sürülüb, qanun layihəsi bu gün ikinci oxunuşda müzakirə edilib.