Hüquq Komitəsi MSK sədrliyinə və üzvlüyünə namizədləri dəstəkləməyib
Hüquq Komitəsi MSK sədrliyinə və üzvlüyünə namizədləri dəstəkləməyib

 

Hüquq Məsələləri Komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə prezident tərəfindən irəli sürülən namizədlər dəstəklənməyib.

Səsvermə zamanı komitənin heç bir üzvü Tamar Alpaidze və Revaz Eqadzenin namizədliyinə səs verməyib.

MSK üzvlüyünə namizədlər – Levan İsakadze, Kristine Kacaia, Qiorqi Marsaqişvili və Natia Tsiptauri də komitənin dəstəyini almayıb.

Deputatlar yekun qərarı plenar iclasda verməlidirlər. Hüquq Məsələləri Komitəsinin iclasında MSK sədrliyinə və üzvlüyünə namizədlərin plenar iclasda dinlənilmədən səsə qoyulması rəyinə səs veriblər və dəstəkləyiblər.