Hubert Knirş - Gürcüstanın beynəlxalq sanksiyaları həyata keçirdiyini , ölkə vasitəsilə beynəlxalq sanksiyalardan yan keçməyin mümkün olmadığını bilirik və əminik
Hubert Knirş - Gürcüstanın beynəlxalq sanksiyaları həyata keçirdiyini , ölkə vasitəsilə beynəlxalq sanksiyalardan yan keçməyin mümkün olmadığını bilirik və əminik

 
Gürcüstanın beynəlxalq sanksiyaları həyata keçirdiyini , ölkə vasitəsilə beynəlxalq sanksiyalardan yan keçməyin mümkün olmadığını bilirik və əminik- bu barədə Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş Gürcüstanın Birinci Kanalına bildirib.

” Gürcüstan hökuməti ilə diskussiyalarımız oldu, ictimai çıxışları dinləyirik və onlarla birbaşa görüşlərimiz olub. Gürcüstanın beynəlxalq sanksiyaları həyata keçirdiyini , ölkə vasitəsilə beynəlxalq sanksiyalardan yan keçməyin mümkün olmadığını bilirik və əminik. Bu, çox vacibdir və bu istiqamətdə birgə fəaliyyətimizi davam etdiririk.

Həmçinin, Gürcüstanın başqa ölkələrin mövqelərini dəstəklədiyini görürük. Gürcüstan dünya birliyində , Birləşmiş Millətlər Təşkilatında bizimlədir , Ukraynanı və onun ərazi bütövlüyünün qorunması istiqamətində beynəlxalq konsensusu gücləndirməyə çalışmaq üçün işləyənlərdən biridir”-deyə səfir bildirib.

Knirşin sözlərinə görə, Ukraynada baş verənlər təkcə Ukrayna üçün deyil, həm də Avropanın sülh və təhlükəsizliyi üçün təhlükədir.

“Ukraynada törədilən əməlləri görürük və bu, təkcə Ukrayna üçün deyil, həm də Avropanın sülh və təhlükəsizliyi üçün təhlükədir. Ukraynanın güclü şəkildə ayaqda qalması və beynəlxalq ictimaiyyətdən lazımi yardım alması son dərəcə mühümdür. BMT, NATO, Aİ-nin Ukraynaya dəstək yollarını hər gün müzakirə etdiyini görürəm. Almaniya Ukraynaya silah verəcək, bu bizim əvvəllər etmədiyimiz hərəkətdir. Rusiyaya qarşı sanksiyalar hər gün daha da güclənir”-deyə Almaniyanın Gürcüstandakı səfiri bildirib.