Hubert Knirş - bir çox partiyanın bir-biri ilə işləmək ənənəsi yoxdur, Avropa İttifaqı Gürcüstanda bunu görməyə ümid edir
Hubert Knirş - bir çox partiyanın bir-biri ilə işləmək ənənəsi yoxdur, Avropa İttifaqı Gürcüstanda bunu görməyə ümid edir

Avropa İttifaqının 12 bəndlik planı gürcü siyasətçiləri üçün böyük proqramdır, vəzifədir və əslində, çağırışdır, – bu barədə Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş bəyan etdi.

Onun dediyinə görə, bir çox partiyanın bir-biri ilə işləmək ənənəsi yoxdur.

“Başa düşürəm ki, müxtlif partiyalar üçün bu çətindir.Bir çox partiyanın bir-biri ilə işləmək ənənəsi yoxdur. Avropa İttifaqı Gürcüstanda məhz bunu görməyə ümid edir. Ümid edirəm ki, bir çox partiya bu cür əməkdaşlığı davam etdirmək üçün cəsarət və güc tapacaqlar. Əgər siz Avropayönlü partiya olmaq istəyirsinizsə, bu 12 məqamı nəzərə almalısınız”, – Hubert Knirş bəyan etdi.