Hubert Knirş - Aİ-yə üzvlük nöqteyi -nəzərdən çox iş görülməlidir, Gürcüstanın gələcəyi gözəl olmalıdır, Gürcüstan qeyri-adi ölkə olacaq
Hubert Knirş - Aİ-yə üzvlük nöqteyi -nəzərdən çox iş görülməlidir, Gürcüstanın gələcəyi gözəl olmalıdır, Gürcüstan qeyri-adi ölkə olacaq

 
Aİ-yə üzvlük nöqteyi -nəzərdən çox iş görülməlidir, Gürcüstanın gələcəyi olduqca gözəl olmalıdır, Gürcüstan qeyri-adi ölkə olacaq-bu barədə Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş Gürcüstanın Birinci Kanalının “Dğis Kodi” verilişində danışıb.

Səfirin sözlərinə görə, Gürcüstanın yaxşı potensialı var.

“Gürcüstan qeyri-adi ölkədir ki, mən və həyat yoldaşım burada demək olar ki 4 ildir yaşayırıq, biz təkcə turist deyilik, həm də bu ölkənin dostlarıyıq. Hərəkət edə bilər, çoxlu gəzə, landşaftı görə bilərik, dostlarımız var. Bu, yaşamaq üçün qeyri-adi ölkədir və eyni zamanda böyük ürək olan, böyük potensiala, yaxşı şanslara malik ölkədir. Əsasən də bu gün Aİ-yə üzvlük nöqteyi- nəzərdən çox iş görülməlidir. Bu aktual islahatlar məsələsidir və bunun üçün həyata keçiriləsidir. Düşünürəm ki, bir çox insan bu mürəkkəb yolu keçməyə hazırdır. Gürcüstanın gələcəyi çox gözəl olmalıdır, o qeyri-adi bir ölkə olacaq, fikrimcə cənnətə çevriləcək” -deyə Knirş bildirib.