Hubert Knirş 9 Apreldə həlak olanların xatirəsini yad etdi
Hubert Knirş 9 Apreldə həlak olanların xatirəsini yad etdi

Almaniyanın Gürcüstandakı səfiri, Hubert Knirş 9 Apreldə həlak olanların xatirəsini yad etdi və memorialı gül-çiçək dəstələri ilə bəzədi.

“İnsanlar ölməməlidilər ki, başqaları azadlıqda yaşaya bilsinlər. Bu gün biz 1989-cu il 9 apreldə Tbilisidə keçirilən etiraz kasiyasının qanlı dağıdılmasına xatırlayırıq və eyni zamanda azadlıq uğrunda mübarizə aparan Ukrayna xalqını və onun qurbanı olanları düşünürük”, – Səfirliyin məlumatında deyilir.

9 Aprel faciəsindən 33 il keçdi. 1989-cu il aprelin 9-da səhər açılarkən, Sovet silahlı qüvvələri Tbilisinin mərkəzində, Parlament binası yaxınlığında dinc etiraz aksiyasını dagıtdı, nəticədə insan tələfatı oldu. Dağıtma nəticəsində 21 insan həlak oldu, yüzlərcə insan isə, müəyyən edilməmiş tərkibli qaz ilə zəhərləndi.

Az sonra, 1991-ci il aprelin 9-da Ali Şura Gürcüstan Dövlət Müstəqilliyinin bərpasını elan etdi.