Hörmüz boğazının blokadaya alınması səbəbindən Avropa İttifaqı İranın təşkilat və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edi

19:14, 08.06.2026

Hörmüz boğazında gəmiçiliyin pozulması səbəbindən Avropa İttifaqı İranın bir sıra təşkilat və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Məlumata görə, sanksiya siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hormozqan əyaləti komandanlığının üzvləri, həmçinin qurumun siyasi məsələlər üzrə dəniz qüvvələri komandanının müavini Mohammad Akbarzadeh və İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları ittifaqının nümayəndəsi Hamid Hosseini daxil edilib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, bu, Aİ-nin naviqasiya azadlığının qorunmasına yönəlmiş yeni mexanizmdən ilk istifadəsidir və zərurət yaranarsa, gələcəkdə də tətbiq ediləcək.

“İranın hərəkətləri qəbuledilməzdir. Buna cavab olaraq, Avropa İttifaqına üzv dövlətlər Hörmüz boğazında tranzitin pozulmasında iştirak edən İran təşkilatları və fiziki şəxslərinə qarşı sanksiyaları təsdiqləyiblər”, – deyə Kaja Kallas bildirib

Oxşar