Honq-Konqun lideri Keri Lam bu gün keçirilən mətbuat konfransında maska ilə çıxış etdi.
Təqribən bir ay bundan öncə, Honq-Konq iqtidarı ictimai yerlərdə maskaların gəzdirilməsini qadağan etmişdi.
Bunun səbəbi isə, kütləvi etiraz aksiyaları oldu, hansılarda demonstrantlar ağ maskalar geyinirdilər.
Bununla yanaşı, Honq-Konqda koronovarusla bağlı fövqəladə vəziyyət elan edilib.
Yanvarın 25-də yayılan məlumata görə, Honq-Konqun lideri infeksiyanın yayılmasının qarşısını almaq üçün, müvafiq tədbirlərin görülməsi ilə bağlı sərəncamlar verdi.
Honq-Konqda ictimai məktəblər fevralın 17-nə qədər bağlıdır.