Honq-Konqda koronavirus ilə bağlı fövqəladə vəziyyət elan edildi, – bu barədə məlumatı “Royter” agentliyi Honq-Konqun liderinin bəyanatına istinadən yayır.
Agentliyin məlumatına görə, Honq-Konqun lideri Keri Lam infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə, müvafiq tədbirlərin görülməsi ilə bağlı əmr verdi.
Honq-Konqda məktəblər fevralın 17-nə qədər bağlandı.
Koronavirusun yayılması Çinin Uxan şəhərindən başladı.
Daha sonra isə, virus Taylandda, Yaponiyada, Cənubi Koreyada, Vyetnamda, ABŞ-da, Fransada və Avstraliyada aşkarlandı.
Koronavirusla bağlı Çinin 18 şəhərində fövqəladə vəziyyət elan edilib. Bütün bu şəhərlərin tam əhalisi 56 milyondan artıqdır.
Koronavirus diaqnozu ilə Çində 13o0 nəfər müalicə görür.