Honq-Konqda avtoqəza nəticəsində 19 nəfər həlak oldu.
Həlak olanların 17-si kişi, ikisi isə qadındır.
Zərər görənlərin sayı isə, 60-a çatır.
Yayılan məlumata görə, iki mərtəbəli avtobusun sürücüsü sükanı saxlaya bilmədi və avtobus çevrildi.
Avtoqəza ilə bağlı hadisə yerində istintaq aparılır.