Niderlandlı səyyah və yazıçı Kris Şalk Gürcüstanın turizm imkanları ilə tanış olub
Gürcüstanın Milli Turizm Administrasiyası niderlandlı səyyah, yazıçı və fotoqraf Kris Şalkı qəbul edib.
Tur çərçivəsində Kris Şalk Tbilisi və Mtsxetaya səfər edib. Səyyah və yazıçı Gürcüstan şəhərlərinin tarixi rayonlarında, mədəniyyət abidələrində və turistlərin görməli yerlərində olub. Kris Şalk “İnstagram” sosial şəbəkəsi vasitəsilə Gürcüstanla bağlı hazırlanmış hekayələr və yazılar yayıb.
Məşhur yazıçı bu kimi nəşrlər üçün məqalələr hazırlayır: CNN Traveler, T+L, Design Anthology, AD, Telegraph, Wallpaper, The Times və s.
Presturun məqsədi Gürcüstana Avropa ölkələrindən turist axınını artırmaqdır.
Məlumatı Milli Turizm Administrasiyası yayır.