Niderland Xarici İşlər Nazirliyi - Şovidə torpaq sürüşməsi nəticəsində zərər çəkənlərə dərin hüznlə başsağlığı verir, itkin düşənlərin sağ-salamat tapılacağına ümid edirik
Niderland Xarici İşlər Nazirliyi Şovidə baş verən sürüşmə nəticəsində həlak olanlara görə başsağlığı verir.
“Şovidə baş verən dağıdıcı sürüşmə nəticəsində zərər çəkənlərə ürəkdən başsağlığı veririk. Ümid edirik ki, davam edən axtarış-xilasetmə əməliyyatı nəticəsində itkin düşənləri təhlükəsiz şəkildə tapmaq mümkün olacaq”, – Niderland Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan məlumata görə, 18 nəfər ölüb, 17 nəfər isə təbii fəlakət zonasında axtarılır.
Gürcüstanda 7 avqust matəm günü elan edilib.