Hökumətin Strateji Kommunikasiyası -Müdafiə Nazirliyinin arxivinin məlumatının guya işğalçıya verilməsinə dair Nika Meliyanın açıqlaması müflis liderin uydurduğu növbəti dezinformasiya və böhtandır
Hökumətin Strateji Kommunikasiyası -Müdafiə Nazirliyinin arxivinin məlumatının guya işğalçıya verilməsinə dair Nika Meliyanın açıqlaması müflis liderin uydurduğu növbəti dezinformasiya və böhtandır

 

Müdafiə Nazirliyinin arxivinin məlumatının guya işğalçıya verilməsinə dair Nika Meliyanın açıqlaması müflis liderin uydurduğu növbəti dezinformasiya və böhtandır, bu da hakim komandanı nüfuzdan salmağa xidmət edir-bu barədə Gürcüstan hökumətinin Stratcomu açıqlama yayır.

“Vahid Milli Hərəkat”ın formal sədri Nikanor Melia Müdafiə Nazirliyinin arxivindəki məlumatın guya işğalçıya verilməsinə dair açıqlama yayır, bu da təbii ki, cəmiyyətdə gərginlik yaratmağa və hakim komandanı nüfuzdan salmağa xidmət edən müflis liderin uydurduğu növbəti dezinformasiya və böhtandır !”- deyə hökumətin Stratcom-unun bəyanatında deyilir.

“Milli Hərəkat”ın lideri Nika Melia bugünkü brifinqdə Gürcüstan Müdafiə Nazirliyinin arxivində saxlanılan gürcü döyüşçülər ilə bağlı məlumatın işğalçının əlinə keçdiyini bildirib.