Hökumətin sərəncamıyla İkinci Dünya Müharibəsi iştirakçıları birdəfəlik 1000 lari, İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvləri isə 500 lari alacaqlar
Hökumətin sərəncamıyla İkinci Dünya Müharibəsi iştirakçıları birdəfəlik 1000 lari, İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvləri isə 500 lari alacaqlar

 
Gürcüstan hökumətinin sərəncamıyla faşizm üzərində qələbənin 78-ci ildönümü ilə əlaqədar İkinci Dünya Müharibəsi iştirakçıları birdəfəlik 1000 lari, İkinci Dünya Müharibəsində həlak olanların ailə üzvləri isə 500 lari alacaqlar-bu barədə Hökumət Administrasiyasının Mətbuat Xidməti məlumat yayır.

Verilmiş məlumatda Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin artıq bununla bağlı sərəncam imzaladığı deyilir.

“İkinci Dünya müharibəsinin iştirakçılarına və müharibədə həlak olanların ailə üzvlərinə birdəfəlik pul yardımının verilməsi İşğal altındakı ərazilərdən olan Məcburi Köçkünlərin, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin sosial xidmət qurumu, Tbilisidə qeydiyyatda olanlar üçün isə paytaxtın meriyası tərəfindən təmin ediləcək” -deyə Hökumət Administrasiyasının Mətbuat Xidmətinin məlumatında deyilir.