Hökumətin sərəncamıyla həkimlərin minimum əmək haqqı 1260 lari, tibb bacılarının isə 792 lari müəyyən edilib
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili hökumətin bugünkü iclasında qərar qəbul edildiyini, həkim və tibb bacılarının minimum əmək haqqının bu qərarla müəyyən edildiyini açıqlayır.
Zurab Azaraşvili tibb bacılarının minimum əmək haqqının 792 lari, həkimlərin isə 1260 lari müəyyən edildiyini bildirib.
“Biz həkimlərin və tibb bacılarının minimum əmək haqqı ilə bağlı vacib qərar qəbul etmişik. Bildiyiniz kimi, bizdə təəssüf ki, çox az maaş alan çox sayda həkim və tibb bacısı var. Hesab edirik ki, dövlətin ümumi səhiyyədən ödədiyi tibbi xidmətlərə görə ödənişlərlə həkim və tibb bacılarının aylıq minimum əmək haqqı məbləğinin müəyyən edilməsi məqsədəuyğundur. Vurğulayıram ki, bu maaşın minimum məbləğidir. Təbii ki, bundan da yüksək maaş təyin edə bilərlər. Tibb bacıları halında minimum əmək haqqı 792 lari, həkimlərdə 1260 lari təşkil edir. İlk əvvəl biz bunu açıqlayanda spekulyativ fikirlər səsləndirildi ki, guya biz sabit maaş təyin etmişik və maaş həkim və tibb bacılarının gördüyü iş üçün çox aşağıdır. Təbii ki, bu, azdır, lakin bu, minimaldır və sabit əmək haqqı deyil” -deyə Zurab Azaraşvili açıqlayıb.