Hökumətin sərəncamıyla 2025-ci ilin yanvarından ümumi səhiyyə proqramına qoşulmuş klinikalar beynəlxalq akkreditasiya öhdəliyi daşıyacaq
Hökumətin sərəncamıyla 2025-ci ilin yanvarından ümumi səhiyyə proqramına qoşulmuş bütün tibb klinikaları, stasionar beynəlxalq akkreditasiyadan keçmək öhdəliyi daşıyacaq.
Bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili hökumətin bugünkü iclası başa çatdıqdan sonra açıqlayıb.
“Hökumətin sərəncamıyla, qərar verdik ki, 2025-ci ilin yanvar ayından ümumi səhiyyə proqramına qoşulmuş bütün tibb klinikaları, stasionar beynəlxalq akkreditasiyadan -bizim təklif etdiyimiz beş beynəlxalq akkreditasiya şirkətindən birində keçmək öhdəliyi daşısın. Yalnız akkreditasiyanı təmin etmə halında, onlar ümumi səhiyyə proqramından istifadəni davam etdirmək imkanı əldə edəcəklər”- deyə Zurab Azaraşvili açıqlayıb.
Eyni zamanda, nazir hazırda tibbi avadanlıqların və tibbi istehlak materiallarının tənzimlənməsi istiqamətində işlər aparıldığını bildirib.
“Fikrimcə, hökumətin növbəti iclasında tibbi avadanlıqların və tibbi istehlak materiallarının tənzimlənməsi məsələsinin 2024-cü ildən məcburi tətbiq edilməsini gündəmə gətirəcəyik və ölkədə istehsal olunan və ya idxal olunan istənilən tibbi avadanlığa, istehlak materiallarına ciddi nəzarət olunması bizim istəyimizdir. Müvafiq olaraq, bu, keyfiyyətli tibbi xidmətlərin hissələrindən biridir, bu səbəbdən də vacibdir”- deyə Zurab Azaraşvili açıqlayıb.