Hökumətin sərəncamı ilə, ölkə miqyasında 244 yaşayış məntəqəsində təbii qazla təchizat məqsədilə, qazlaşdırmanın layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq ümumi xərclər artırılır
Hökumətin sərəncamı ilə, ölkə miqyasında 244 yaşayış məntəqəsində təbii qazla təchizat məqsədilə, qazlaşdırmanın layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq ümumi xərclər artırılır

 

Hökumətin sərəncamı ilə, ölkə miqyasında 244 yaşayış məntəqəsində təbii qazla təchizat məqsədilə, qazlaşdırmanın layihələndirmə və tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq ümumi xərclər artırılır. Gürcüstanın baş naziri İrakli Ğaribaşvili artıq sərəncamı imzalayıb.

Dəyişikliyə əsasən, 3 illik qazlaşdırma planı təsdiq edilib, plan çərçivəsində “Gürcüstanın Qaz Nəqli Şirkəti” 2022-2024-cü illər ərzində ölkə miqyasında 244 yaşayış məntəqəsində 39 698 abunəçini təbii qazla təchiz etmək məqsədilə qazlaşdırmanın layihə və tikinti işlərinin həyata keçirilməsini təmin etməlidir.İşlərin ümumi dəyəri 135 272 350 lari təşkil edir.

Sərəncama əsasən, Gürcüstanın Maliyyə və İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi 2022-2024-cü illər üçün müvafiq pul ayırmalarının nəzərə alınmasını və müvafiq resursların axtarışını təmin edəcək. Həmçinin qazlaşdırmanın layihə-tikinti işlərinin maliyyələşdirilməsi 2023-cü ilin dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək.

“Gürcüstan əhalisinin təbii qazla təminatının təşviqi üçün 2022-2024-cü illərdə həyata keçiriləcək tədbirlər haqqında” Gürcüstan hökumətinin 2020-ci ilin 29 oktyabr tarixli və 2120 nömrəli sərəncamına dəyişiklik edilib.

Məlumatı Hökumət Administrasiyası yayır.