Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili dövlətin dəstəyi ilə həyata keçirilən biznes layihələrin təqdimatını keçiriblər . Tədbirin açılışını Gürcüstanın baş naziri İrakli Ğaribaşvili edib.
Qeyd olunduğu kimi, hər iki nazirliyə daxil olan qurumlar- “Gürcüstanda İstehsal Et” , Dövlət Milli Əmlak Agentliyi və Kənd İnkişafı Agentliyi vasitəsi ilə 2013 -cü ildən bu günədək ümumilikdə 1806 layihə dəstəklənib. Cəlbedilmiş investisiya 2,5 milyard larini təşkil edib və 53 minə qədər yeni iş yeri açılıb.
Bundan əlavə, xüsusi xəritə yaradılıb, xəritədə benefisiarların nəticələrini görmək mümkündür. Rəsmi məlumata görə, www.programs.gov.ge saytında dövlət proqramlarının potensial benefisiarları tam məlumat əldə edə və onlardan hər hansı birində iştirak edə, istehsal və ya ferma qura və ya genişləndirə, iqtisadiyyatın inkişafında daha fəal iştirak edə bilərlər.